XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2017 - 11:46

Külli miqdarda araq və siqaret müsadirə edildi –Gömrükdə əməliyyat

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Mersedes Benz" markalı avtomobildə Azərbaycanın aksiz markası ilə markalanmayan araqların və siqaretlərin olması barədə məlumat daxil olub.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil Ağstafa rayonu ərazisində saxlanılaraq Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerindən və ön ayaqaltılarının altından Azərbaycanın aksiz markası ilə markalanmayan 111 ədəd 1 litrlik "Nemiroff" markalı araqlar, aksiz markası ilə markalanmayan 1800 ədəd "Marlboro Gold Edge", 600 ədəd "Marlboro Gold Touch" və 600 ədəd "Marlboro Filter Plus" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.