XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

30 Mart 2017 - 13:30

Azərbaycan və Ermənistan XİN başçıları Moskvada görüşəcək? –Zaxarovadan açıqlama

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünün keçiriləcəyi barədə məlumata münasibət bildrib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada görüşünün keçiriləcəyi barədə məlumatı olmadığını söyləyib: "Bu barədə məlumat olan kimi bildirəcəyik".

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bir neçə gün əvvəl İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin bir aydan gec olmayaraq Moskvada görüşünün hazırlandığı barədə açıqlama vermiş, nazirlərin həmin görüşdə prezidentlərin görüşünün hazırlanması məsələsini müzakirə edəcəklərini bildirmişdi. /APA