XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Mart 2017 - 17:09

MDB-nin xarici işlər nazirləri toplanır –Aprelin 7-də

Daşkənddə aprelin 7-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçiriləcək.

"Report" MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, iclasda 16 məsələnin nəzərədən keçiriləcəyi gözlənilir.

Ən aktual məsələlər arasında MDB ölkələrinin xarici işlər nazirlərinin islam, xristian və digər dinlərin nümayəndələrinə qarşı ayrı-seçkilik və dözümsüzlüyün yolverilməzliyi barədə bəyanatının layihəsi yer alır. 2016-cı il üzrə çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələrə yekun vurmaq və 2017-ci il üçün planı təsdiq etmək nəzərdə tutulur.

İclasın gündəliyinə eyni zamanda hüquq, qanunsuz yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması kimi sahələrdə MDB dövlətləri arasında əməkdaşlıq ilə bağlı məsələlər də daxildir.