XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2017 - 17:56

“Azercell” şəbəkəsini gücləndirməyə davam edir –Açıqlama

“Azercell Telekom” abunəçi sayına və təqdim etdiyi rabitə xidmətinin keyfiyyətinə görə Azərbaycan rabitə bazarında liderliyini davam etdirir.

Mobil operatordan verrilən məlumata görə, şirkət abunəçilərinin rahatlığı və öz yaxınları ilə hər zaman keyfiyyətli əlaqə qurması üçün baza stansiyalarının sayını artırmaqdadır.

Hal-hazırda ölkə ərazisində “Azercell”in 2 796 sayda 2G, 2 141 sayda 3G və 274 sayda 4G baza stansiyası mövcuddur. Bundan başqa, şirkət tərəfindən 1 894 baza stansiyanın fəaliyyəti gücləndirilib. Hər zaman abunəçilərini yüksək səviyyəli xidmətlə təmin etmək üçün öz şəbəkəsini təkmilləşdirən “Azercell” toplam 5 211 baza stansiyası ilə fəaliyyət göstərir. Baza stansiyalarının sayının artırılması “Azercell”in indi həm səs xidmətləri, həm də sürətlə artan mobil data üçün daha da etibarlı və yüksək tutumlu şəbəkəyə sahib olması deməkdir. Son illər ərzində “Azercell” yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77%, ölkə üzrə isə ümumilikdə şəbəkəsini 25% gücləndirib.

Məlumat üçün qeyd edək ki, “Azercell” regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də apardığı araşdırmalara görə bu gün “Azercell” ölkədə ən yüksək sürətli mobil internet xidmətini təqdim edir. Bu gün üçün “Azercell”in təqdim etdiyi mobil internetin 4G şəbəkəsini 84,1% gücləndirib, nəticədə “Azercell” abunəçiləri arasında mobil internetdən istifadə həcmi son il ərzində 14 dəfə artıb.

Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən “Azercell” ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib.