XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2015 - 20:17

Girov götürülən prokuror öldü – Son dəqiqə

İstanbulda girov götürülən prokuror xəstəxanada dünyasını dəyişib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçular tərəfindən girov götürülən prokuror Mehmet Səlim Kiraz polisin xüsusi əməliyyatı zamanı ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Belə ki, prokuror əməliyyat otağında dünyasını dəyişib.

Xatırladaq ki, prokuror baş nahiyəsindən 3, bədən nahiyəsindən isə 2 güllə yarası almışdı.