XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

30 Mart 2017 - 22:30

Türkiyədə əyləncə məkanına silahlı basqın olub –Ölən və yaralanan var

Türkiyənin Ədirnə əyalətinin Keşan rayonunda əyləncə məkanına silahlı basqın edilib.

Hadisə nəticəsində 1 nəfər ölüb, bir nəfər isə yaralanıb. Silahlı basqın gecə saatlarında meydana gəlib.

Məlumata əsasən, 42 yaşlı S.E. şəxsi münaqişə zəmnində Böyük Cami məhəlləsindəki əyləncə məkanına gedərək buranı şərikli işlədən Əmrah və İlhan Ərgənə qardaşlarını güllələyib.

Nəticələ İlhan Ərgənə aldığı güllə yarasından həyatını itirib, Əmrah Ərgənə isə ağır yaralanıb. Hadisəni törədən S.E. polislər tərəfindən saxlanılıb. Şübhəlinin də eyni məhəllədə əyləncə məkanı işlətdiyi bildirilir.

Musavat.com