XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2017 - 12:19

Bəstəkar Eldar Mansurovun oğlu “Azərpoçt”un baş direktoru təyin edilib

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.

Bankın İdarə Heyətinin sədr müavini Ülvi Mansurov işdən çıxıb.

Hələlik Ü.Mansurovun yerinə təyinat yoxdur.  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən isə "APA-Economics"ə verilən məlumata görə, Ü.Mansurov "Azərpoçt" MMC-nin baş direktoru təyin olunub.

Ü.Mansurovun "Azərpoçta"a təyinatını ilk olaraq "Qafqazinfo" portalı yazıb.

Əlavə edək ki, Ü.Mansurovdan öncə "Azərpoçt"un baş direktoru Sübhan Kazımov olub.

Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.