XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Mart 2017 - 16:51

Tanınmış tarixçi alim Fəridə Məmmədova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu

Tanınmış alim, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.

 Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

 “Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür.  Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm.  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacib olduğunu, vurğulamaq istəyirəm. Həmçinin ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində gördüyü işlərinin əhəmiyyətini qeyd etmək istəyirəm. Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd etmək istəyirəm.  Bu səbəbdən rəhbərlik etdiyim təşkilatların adından, məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və  Cənubi Qafqaz regionunda sülhün  bərpası və qorunması olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”