XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 03:38

İraq ordusu İŞİD-dən daha bir şəhəri «təmizlədi» – Tikrit geri alındı

ötən ilin yaz aylarından İŞİD terror qruplaşmasının nəzarətində olan İraqın Səlahəddin vilayətinin mərkəzi şəhəri Tikrit geri alınıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl İbadi rəsmi Twitter hesabından “Qəhrəman orduyu və dəstək verən könüllüləri təbrik edirəm. Artıq İraq bayrağı Tikrit vilayət binasının üzərində dalğalanır”, – deyə, açıqlama verib.

Xatırladaq ki, bu ilin mart ayının 2-dən İraq ordusu İran tərəfdarı olan şiə məzhəbli milis dəstələri və sünni aşirətlərinin yardımıyla Tikrit uğrunda gərgin döyüşlərə başlamışdı. Bu gecə ABŞ ordusunun havadan dəstəyindən sonra isə Tikriti geri almaq mümkün olub.

Strateq.az xəbər verir ki, döyüş əməliyyatları zamanı İraq tərəfi 17 əsgər və könüllü itirib. İŞİD tərəfdən isə 90 terroristin öldürüldüyü haqda ilkin məlumat var.

Onu da bildirək ki, Tikrit İraqın sabiq prezidenti Səddam Hüseynin doğulduğu şəhərdir.

Strateq.az