XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

31 Mart 2017 - 20:50

Azərbaycan Bəstəkarlar İttifaqında 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb –FOTO

Azərbaycan Bəstəkarlar İttifaqında 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib.

İttifaqdan Strateq.az-a verilən məlumata görə, tədbirdə çixiş edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə bildirib ki, ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımılar, kütləvi qırğınlar, amansız cinayətlər törədiblər. 1918-ci ilin martında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində törədilən soyqırımı nəticəsində on minlərlə günahsız insan qətlə yetirilib.

İttifaqın rəhbəri ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışıb, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulayıb. 

Qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən martın 31-i

Azərbaycanlıların Soyqırımı Günü elan olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işi uğurla aparılır.

F.Əliadə çıxışında həmçinin onu da qeyd etdi ki, Azərbaycan bəstəkarları xalqımızın başına gətirilən faciələrə biganə qalmayıb, öz yaradıcılıqlarında bu mövzulara yer ayırıblar. 

Tədbirdə Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, İmruz Əfəndiyeva və başqaları 31 mart soyqırımının həm də bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu söyləyiblər, tarixən ermənilərin azərbaycanlılara qarşı yönəlmiş təxribatlarından bəhs ediblər.

Tədbirdə Elza Seyidcahanın "Şəhidlər” balladası, Aytən İbrahimovanın "Xocalı” kompozisiyası və İlham Azmanlının simli orkestr üçün yazdığı "Ağı”, "Dədəmin qopuzu”, "Qədim türkün bir günü” və digər əsərlər səsləndirilib.