XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2017 - 23:55

Rusiya XİN:“Tillersonun açıqlamaları təəccüb doğurur”

"ABŞ dövlət katibi Reks Tillersonun Rusiyanın təcavüzü ilə bağlı açıqlamaları təəccüb doğurur".

Bu barədə Rusiya Xarici işlər nazirliyinin yaydığı açıqlamada bildirilir.

Bundan əvvəl R.Tillerson Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşü ərəfəsində Rusiyanın aqressiyasına cavab strategiyasının müzakirə ediləcəyini bəyan edib:

“Təəssüflə qeyd edirik ki, bu fikirlər Rusiya-NATO Şurasının iclasından bir gün sonra verilir. Hansında ki, NATO-nun baş katibi Yens Stoltenberq görüşün açıq və konstruktiv şəkildə keçdiyini, geniş məsələlər ətrafında məzmunlu müzakirələrin aparıldığını bəyan etmişdi”.