XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Aprel 2017 - 11:13

Dünən Azərbaycanda küləyin sürəti35 m/s-dək güclənib

Dünən Azərbaycanın ayrı-ayrı rayonlarında və Abşeron yarımadasının bəzi yerlərində küləyin sürəti 35 m/s-dək güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 31-i gün ərzində hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib.

Abşeron yarımadası və Abşeron dəniz rayonunda şimal-qərb, şimal küləyinin surəti 20-25 m/s olub, bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənib.

Azərbaycanın ayrı-ayrı rayonlarında isə şimal-qərb küləyinin maksimal surəti 20-34 m/s təşkil edib.