XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 12:47

Milli Qəhrəman Çingiz Qurbanov haqqındafilmin təqdimatı olub

Aprelin 1-də Azərbaycan Texniki Universitetdə bu ali məktəbin məzunu, Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub.

Tədbirdə Ç.Qurbanovun ailəsi, Milli Məclisin deputatları, müxtəlif dövlət qurumlarının nümayəndələri və tanınmış ictimai xadimlər iştirak ediblər.

Azərtac xəbər verir ki, “ARB Media Qrup” tərəfindən lentə alınan “Çin olan yuxu” adlı ekran əsərində Milli Qəhrəmanın şərəfli həyat yoluna nəzər salınıb. Çəkilişlər Ç.Qurbanovun doğulduğu Qusar rayonunun Həzrə kəndində, ali təhsil aldığı Texniki Universitetdə və xidmət etdiyi, Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə aparılıb.

Filmin ideya müəllifi və baş prodüseri Vəli Turan, quruluşçu rejissoru Dəyanət Rzayevdir.