XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 13:11

Cocuq Mərcanlıyenidən tikilir

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni evlərin tikintisi işləri sürətlə apatılır.
  
Lent.az-ın məlumatına görə, nəhəng tikinti-quruculuq məkanına çevrilən kənddə 24 ildən sonra yenidən həyat qaynayır.
 
Kəndə hazırda yeni yol çəkilir.  Ümumi uzunluğu 9 km. olan avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edir. Yolun 4 km-i əsaslı şəkildə yenidən qurulur, 5 km-də isə bərpa işləri aparılır. Artıq yolun 3 km-ə yaxın hissəsinə asfalt-beton örtüyünün ilk qatının döşənməsi işləri yekunlaşıb. Ümumilikdə yolun təqribən 68 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa, yolboyu 9 ədəd su keçidinin tikintisi, həmçinin 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri də yekunlaşmaq üzrədir. Cocuq Mərcanlı istiqamətindən yolun asfaltlanmasına da başlanılıb.

Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq. Yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin – Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişi xeyli rahatlaşdıracaq.
 
Kənddə tikiləcək 50 ev və məktəb binası üçün nəzərdə tutulmuş ərazi tamam başqa mənzərə alıb. Xarabalıqdan əsər-əlamət yoxdur. 
Artıq 14 evin dəmir-beton tavanı qoyulub. Digər evlərdə hörgü, 96 şagirdlik məktəb binasının zirzəmisində suvaq işləri, su xətlərinin çəkilişi aparılır. Həftəsonu 40 evin hörgüsü tam başa çatacaq. 

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Cocuq Mərcanlı kəndinin tikintisi üzrə baş texniki nəzarətçisi İlham Həşimov deyib ki, may ayının sonuna qədər 50 evin, məktəb binasının tikintisi, qaz və elektrik xətlərinin tam çəkilişi başa çatacaq.

irinci mərhələdə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.