XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 15:32

Bakı Şopinq Festivalının açılışıbu məkanda olacaq

Aprelin 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Şopinq Festivalının açılış mərasimi, Azərbaycan Dövlət Rəqs Ansamblının “Yeni Azərbaycanım” yeni konsert proqramı və “Koroğlu” bir pərdəli milli baletinin premyerası olacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, konsertin bədii rəhbəri və quruluşçusu Rusiya Federasiyasının Xalq artisti Dikalu Muzakaevdir.

Saat 19:00-da baş tutacaq konsertin biletlərin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az.