XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Aprel 2017 - 15:41

OECD:Dünyada 5 mobil telefondan biri saxtadır

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yaydığı məlumata görə, dünyada satılan hər 5 mobil telefondan biri və video oyunlar üçün satılan hər 4 konsoldan biri saxtadır.

Azərtac "bbc.com"a istinadla xəbər verir ki, təşkilat saxta informasiya-kommunikasiya avadanlıqlarının satışına həsr olunan hesabat dərc edib. OECD dünyada saxta texnika satışlarının artdığını qeyd edərək, bunun müştərilərə, istehsalçılara və maliyyə sisteminə mənfi təsir göstərdiyini bildirib.

2013-cü ilin gömrük statistikasına görə bu cür cihazların qlobal satışı 6,5 faiz təşkil edib. 2016-cı ildə isə digər bazarlarda saxta cihazların satışı 2,5 faiz olub. OECD saxta kommunikasiya texnikasının satışının ümumi həcmini 143 milyard dollar məbləğində dəyərləndirib. Bununla yanaşı, saxta məhsulların poçtla göndərilməsi onların aşkar edilməsini çətinləşdirir.

Mobil telefon və oyun cihazları ilə yanaşı saxta yaddaş kartı, adaptorlar, idarəetmə pultları, noutbuklar, kompüterlər və planşetlər də hazırlanır. OECD-in fikrincə, smartfonlara, aksessuarlara və digər texnikaya olan tələbat saxta məhsulların hazırlanmasına daha da maraq oyadır. Təşkilat saxta məhsulların sağlamlıq və istifadəçinin təhlükəsizliyi baxımından riskli olması barədə xəbərdarlıq edib. İstifadəçinin şəxsi məlumatları təhlükə altında ola bilər. Saxta texnikada ziyanlı maddələrdən istifadə istisna olunmur.

OECD-in hesabatına görə, saxta texnikanın əsas mənbəyi Çindir.