XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

01 Aprel 2017 - 20:04

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğununbirgə tədbirləri davam edir

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün imzalanan birgə tədbirlər planına əsasən, Qazax hərbi prokuroru, ədliyyə polkovniki Şahin Zamanov Şəmkirdəki "N" saylı hərbi hissədə şəxsi heyətlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, görüşdə şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyəsi, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət hadisələrinin təhlili və nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Görüş zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və hərbi qulluqçuları maraqlandıran bir sıra suallar cavablandırılıb.