XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Aprel 2017 - 08:14

Britaniyada aeroportların və AES-lərin mühafizəsigücləndirilib

Böyük Britaniyada terror hücumları və elektron sistemlərə kənardan müdaxilə təhlükəsi olduğundan  hava limanlarının və AES-lərin mühafizəsi gücləndirilib. Bu barədə “The Telegraph” məlumat yayıb.

Britaniya kəşfiyyatı hesab edir ki, İŞİD terrorçuları təhlükəsizlik sistemləri üçün “görünməz” olan partladıcı qurğular istehsal etməyə müvəffəq olublar.  

Həmçinin, hakerlərin Britaniya AES-lərinin  mühafizə sistemlərinə hücum etmək niyyətində olması barədə xəbərdarlıq yayılıb.    (APA)