Əfqanıstanın Balx əyalətində “Taliban” hərəkatının 200-dən çox üzvü silahı yerə qoyaraq təslim olub. Bu barədə “Sinxua” agentliyinə yerli rəsmi qurumlardan bildirilib.
“Silahlı şəxslər, qubernatorun çağırışına əməl edərək, Çimtal bölgəsində sülh və nizamlanma prosesinə qoşulublar”, – deyə mənbə bildirib.
Təslim olanların arasında Xan Məhəmməd və Dava Xan kimi komandirlərin də olduğu bildirilir. (APA)