XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2017 - 10:45

Serbiyada prezident seçkiləri keçirilir

Bu gün səhər saatlarından Serbiyada prezident postuna seçkilər üzrə səsverməyə start verilib.

Bu barədə Respublika Seçki Komissiyasına istinadən TASS məlumat yayıb.

Səsvermədə ümumilikdə 6,7 milyondan çox vətəndaş iştirak edə bilər.

Analitiklərin əksəriyyəti prezident yarışmasında ölkənin baş naziri Aleksandar Vuçiçi favorit hesab edirlər. "Ipsos" tədqiqat mərkəzinin apardığı sorğunun nəticələrinə görə, o, yerli əhalinin 54,3 faizi tərəfindən dəstəklənir. (Report)