Aprelin 2-si yerli vaxtla saat 15:00-a olan vəziyyətə görə, Ermənistan polisi parlament seçkilərinin səsverməsi zamanı qanun pozuntusu barədə 41 məlumat qeydə alıb.
Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, onlardan 5-i istintaqa yönləndirilib, 11-i üzrə material hazırlanır və 25-i yoxlanılır. (Report)