XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

02 Aprel 2017 - 23:30

Serbiyada prezident seçkilərindəbaş nazir qalib gəlir

Serbiyada keçirilən prezident seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.

“Ipsos Strategic” agentliyi tərəfindən keçirilən "exit-pol”un nəticələrinə əsasən, seçkidə böyük üstünlüklə ölkənin baş naziri Mladen Vuçiç  qalib gəlir. O, seçicilərin 58,1 % səsini toplaya bilib.

İkinci yerdə Serbiyanın sabiq ombudsmanı Saşa Yankoviç (13,8%), üçüncü isə gənc siyasətçi Luka Maksimoviçdir (9,3%). Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edir.

Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Serbiya Konstitusiyasına əsasən, səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır. (APA)