XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 13:28

Nazir Natiq Əliyev İstanbula gedir –Açıqlama

Energetika naziri Natiq Əliyev İstanbulda keçiriləcək XX Avrasiya İqtisadi Sammitində iştirak edəcək.

Energetika Nazirliyindən Strateq.az-a verilən məlumata görə, aprelin 5-6-da İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XX Avrasiya İqtisadi Sammiti keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə energetika naziri Natiq Əliyev də iştirak edəcək. N.Əliyevin "Davamlı Enerji, Telekommunikasiya, Nəqliyyat və İqtisadi İnkişafda tələb – təklifin tarazlıq statusu: əsas oyunçu və fiqurlar” adlı sessiyada çıxışı nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanın energetika naziri 2015-ci ildə XVIII Avrasiya İqtisadi Sammiti çərçivəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin "Şərəf” medalı ilə təltif edilib.