XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 17:18

Konsul:"Sankt-Peterburqdakı partlayışda azərbaycanlılar zərər çəkməyib"

"Hadisə yerindən əldə edilən ilkin məlumatlara görə, Sankt-Peterburqda metro stansiyalarındakı partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

"Müvafiq xidmətlərlə əlaqədəyik və yeni məlumat olacağı təqdirdə xəbər veriləcək", – S.Qasımov bildirib.

O, hadisə yerində istintaq qrupunun işlədiyini vurğulayıb.