XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 00:48

Daha bir terror hadisəsi Türkiyədə törədildi –2 polis yaralandı

Türkiyənin Mersin şəhərinin cənubunda baş vermiş bomba partlayışı nəticəsində 2 polis əməkdaşı yaralanıb.

Mersin polis idarəsindən hadisənin terror aktı olduğu bildirilib. Açıqlamaya görə, bu bombalı hücumun təşkilatçılarını və icraçılarını tapmaq üçün əməliyyat-axtarış tədbirləri başladılıb.

Mersin şəhərinin meri Özdəmir Çakaçak bombanın uzaqdan idarə olunan qurğu ilə parladıldığını və məsələ ilə bağlı təhqiqatların davam etdiyini deyib.

Yaralanmış 2 polis əməkdaşı Mersin Tibb Universitetinin xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilib.

Ölkə.az