Peterburqda metroda baş verən partlayışla əlaqədar 45 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvortsova bildirib.
“Hadisə nəticəsində 11 nəfər ölüb. Hazırda 45 nəfər xəstəxanadadır stasionar müalicə alır”, – deyə V.Skvortsova bildirib.
Onun sözlərinə görə, yaralananlardan 4 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 45-i yaralanıb. Rusiya İstintaq Komitəsi məlum hadisəni terror aktı kimi qiymətləndirib.
Fakta bağlı terror aktı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Sankt-Peterburq rəhbərliyi şəhərdə 3 günlük matəm elan edib.