XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 10:10

Polis gücləndirilmiş iş rejiminə keçib? –DİN-dən açıqlama

"Azərbaycanın daxili işlər orqanlarının gücləndirilmiş iş rejiminə keçməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur”.

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib.

Rusiyanın Sankt-Peterburq şəhərində törədilən terror aktından sonra Azərbaycanda polis əməkdaşlarının gücləndirilmiş iş rejiminə keçməsi barədə məlumatlara münasibət bildirən E. Zahidov deyib ki, polis əməkdaşları həmişə olduğu kimi adi iş rejimində öz xidməti fəaliyyətlərini davam etdirirlər.