Terrorçularla danışıqlar altı saat davam edib
Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulun Ədliyyə sarayında prokuror Səlim Kirazı girov götürmüş terrorçuların adlarını açıqlayıb.
Strateq.az Türkiyə mətbuatına isnadən bildirir ki, Davudoğlu Ankarada mətbuat konfransında deyib: “Terrorçuların adları məlumdur – Zonquldağdan 1991-ci il təvəllüdlü Şəfəq Yayla və Ərdəhandan 1987-i il təvəllüdlü Bahiyar Doğruyol”.
O, əlavə edib ki, bu hadisədən sonra bütün ölkə üzrə məhkəmə binalarının mühafizəsi gücləndiriləcək.
Xatırladırıq ki, əməliyyat nəticəsində azad edilmiş Səlim Kiraz xəstəxanada keçinib.
İstanbul təhlükəsizlik xidmətinin rəisi Selami Altınok bildirib ki, terrorçularla danışıqlar altı saat davam edib. Prokurorun saxlandığı kabinetdən atəş səsləri eşidiləndə isə həmlə başlanıb.
Kirazı girov götürmüş terrorçular 2013-cü ildə İstanbulda keçirilmiş mitinq zamanı güllə yarası alan 15 yaşlı Berkin Əlvanın həlak olmasına görə polislərin səmimi etirafını tələb edirdilər. Prokuror Kiraz yeniyetmənin ölüm işini araşdırırdı.