XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 13:19

Sabah hava necə olacaq? –Proqnoz

Sabah Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 5-də havanın temperaturunun gecə 4-7° isti, gündüz 12-17° isti, Bakıda gecə 5-7° isti, gündüz  13-15° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-55 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.