XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2017 - 15:28

“Həmrəy”də sədr dəyişikliyi oldu –Toplantı + FOTOLAR

"Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin Ümumi Yığıncağının növbəti toplantısı keçirilib.

Strateq.az xəbər verir ki, İctimai Birliyin rəhbəri Yəhya Babanlı təşkilatın yaranmasının 4-cü ildönümü ilə bağlı geniş məruzə edib, prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən dövlət gənclər siyasətinə uyğun olaraq paytaxtda və bölgələrdə gerçəkləşdirilmiş layihələrə nəzər salıb. Bununla yanaşı, görüləcək işlər, qarşıda duran vəzifələr barədə məlumatlar verib. 

Bu işlər üçün bəzi dəyişikliklərə ehtiyac olduğunu deyən Yəhya Babanlı İdarə Heyətinin yenidən formalaşdırılması  və yeni sədrin seçilməsinin vacibliyini vurğulayıb.  

Bundan sonra təşkilata yeni İdarə heyəti və sədr seçilməsi məsələsi gündəliyə çıxarılıb və səsə qoyulub. 

 Bununla da  11 nəfərdən ibarət yeni İdarə Heyəti formalaşıb və İdarə Heyətinin qərarı ilə Çingiz Əliyev "Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin yeni sədri seçilib.