XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2017 - 16:11

“Bank VTB Azərbaycan”ın İdarə Heyətinin sədri dəyişdi –Təyinat

Yevgeni Kirin "Bank VTB (Azərbaycan)" ASC-nin İdarə Heyətinin sədri təyin olunub.

Bankdan verilən məlumata görə, o, Yuri Yakovlevi əvəzləyib.

Y.Kirin 15 ildən çox müddətdir bank sahəsində çalışır. Bu dövr ərzində o müxtəlif maliyyə təşkilatlarında rəhbər vəzifələrdə işləyib. 2010-cu ildən "VTB Qrup"dadır, Azərbaycana təyinatından öncə bank VTB-nin Kursk şöbəsinə rəhbərlik edib.

O, 1979-cu ildə Orlov vilayətində anadan olub, “Maliyyə və kredit” ixtisası üzrə Orlov dövlət texniki universitetini bitirib. “Maliyyə, pul dövriyyəsi və kredit” ixtisası üzrə iqtisad elmləri namizədidir.

Strateji Təşəbbüslər Agentliyi və bir sıra dövlət orqanlarının ictimai şuraları çərçivəsində ictimai fəaliyyətlə məşğuldur. 

APA