XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 16:47

Əli Həsənov:“Ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır"

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonunun Bala Bəhmənli kəndində Azərbaycan Ordusunun zabiti, aprel döyüşləri zamanı şəhid olmuş Elnur Əliyevin il mərasimində iştirak edib.

Strateq.az Komitəyə istinadən bildirir ki, rayon rəhbərliyinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin də iştirak etdikləri mərasimdə Ə.Həsənov Azərbaycan Ordusunun ötən ilin aprel döyüşlərində qazandığı qələbədən, bu qələbənin Ermənistanı təşvişə salmasından danışıb.

Ə.Həsənov bildirib ki, Azərbaycan əsgərinin ötən ilin aprelində əldə etdiyi qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi:

“Ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Ötən ilin aprel zəfəri Azərbaycan Ordusunun tarixi qələbəsidir. Bu qələbə ordu ilə xalqın birliyini əyani şəkildə sübut etdi. Xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə anır. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı. Məhz bu qələbə nəticəsində bu gün Cəbrayılın Cocuq Mərcanlı kəndində geniş tikinti-quruculuq işləri aparılır”.

Həmçinin, Biləsuvarda 2 saylı qəsəbədə məskunlaşmış Cəbrayıl rayon sakini, məcburi köçkün, müddətdən artıq hərbi qulluqçu, aprel şəhidi Ruhin Qəhrəmanovun məzarı ziyarət olunub.