XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 18:02

Nazirlik rəsmisi:"Turizm sahəsinə nəzarət edən yeni mexanizm yaradılmalıdır"

Mədəniyyət və Turizm Nazirliyi ölkədə turizm sahəsində fəaliyyətə nəzarət edən yeni mexanizmin tətbiqini təklif edir.

Bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Milli Məclisin Əmək və sosial komitəsinin iclasında deyib.

O bildirib ki, prezidentin sərəncamı ilə bəzi fəaliyyət sahələri, o cümlədən turizm üzrə lisenziyanın verilməsi ləğv edilsə də, turizm sahəsində fəaliyyətə nəzarət edə bilən mexanizm olmalıdır:

“Prezidentin sərəncamı ilə bəzi sahələr üzrə sahibkarlar üçün lisenziya ləğv edilib. Lisenziyanın ləğv olunduğu vaxtdan -2015-ci ilin noyabrından indiyə kimi bizə yüzlərlə müraciət daxil olub. Şirkətlər açılır, lakin onların nə otaqları, nə də ofisləri var. Evində telefonla işləyir, biletin sifarişini edir, pulunu vermirlər. Bunların hamısının qarşısını almaq üçün tənzimləmə mexanizmi olmalıdır. Lisenziyanın ləğv olunması o demək deyil ki, turizm sahəsinə nəzarət etmək səlahiyyəti Mədəniyyət və Turizm Nazirliyinin əlindən alınıb. Bu sahəyə nəzarət lazımdır. Bu, həm xidmətin keyfiyyətinə təsir göstərər, həm də sənayeni formalaşdırar”.  

M. Qəhrəmanov qeyd edib ki, bu gün turizm sahəsində həm ali, həm peşə təhsili sahəsində mütəxəssislərin yetişməsinə ehtiyac var. Çünki bu, turizm xidmətinin təşkilinə birbaşa təsir göstərən məqamdır.

Onun fikrincə, hazırda turizm sahəsində peşə hazırlığı sertifikasiyasına çox böyük ehtiyac var: “Bu gün turizm sahəsində qiymətlərin aşağı, xidmət səviyyəsinin yüksək olmasını istəyiriksə, turizm obyektlərinin sayı çox olmalıdır”.

APA