XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 19:19

Azərbaycan müdafiə naziri Səudiyyə Ərəbistanına gedib

Aprelin 4-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Z.Həsənov Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud, Səudiyyə Ərəbistanı Krallığı Vəliəhdinin varisi, Baş nazirin müavini, Müdafiə naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud və digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.