XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 19:45

Putin, Merkel və Olland razılığa gəldi –Üçtərəfli telefon danışığı

Rusiya lideri Vladimir Putin, Fransa Prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel arasında üçtərəfli telefon danışığı baş tutub.

Danışıq zamanı tərəflər terrorizmlə mübarizə sahəsində kəşfiyyat qurumları vasitəsilə məlumat mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər.

Eyni zamanda beynəlxalq aləmə təhdid yaradan terrora qarşı mübarizə aparmaq üçün əməkdaşlığın artırılmasının da önəmi vurğulanıb. Bundan əlavə, liderlər Ukraynanın şərqindəki vəziyyəti də müzakirə ediblər. Putin Minsk razılaşmasında yer alan müddəaların tez bir zamanda yerinə yetirilməsi üçün fəaliyyətin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Həmçinin Merkel və Olland Sankt-Peterburq şəhərində baş verən terakt səbəbilə Putinə başsağlığı veriblər.

Axar.az