XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 20:21

Benyamin Netanyahu:"Beynəlxalq birlik Suriya rejiminə qarşı dərhal hərəkətə keçməlidir"

"Beynəlxalq birlik kimyəvi silahlardan istifadə edən Suriya rejiminə qarşı dərhal hərəkətə keçməlidir".

Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, İsrail hər zaman kimyəvi silahların istifadə edilməsinə qarşıdır: “2013-cü il razılığına əsasən, beynəlxalq birlik Suriyanı kimyəvi silahlardan təmizləməlidir”.

Qeyd edək ki, bu gün Suriyanın İdlib şəhərinə rejim tərəfindən xlor qazı ilə zəngin bombaların atılması nəticəsində azı 100 nəfər ölüb.

Axar.az