XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 20:42

İŞİD 30-dan çox kişini edam edib –Mosulda

İŞİD terror qruplaşmasının üzvləri İraqın Mosul şəhərində 30-dan çox sakini edam ediblər. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular sakinləri nəzarətdə saxladıqları əraziləri tərk etmək cəhdində ittiham ediblər.  

Məlumata görə, edam olunanların hamısı kişidir.

Şahidlərin sözlərinə görə, terrorçular sakinləri qorxutmaq məqsədi ilə öldürülən şəxslərin meyitlərini küçələrə atıblar.