XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2017 - 00:32

Azərbaycanda kolleclərə sənəd qəbulu başa çatdı –Qəbul qaydaları

Azərbaycanda 9 illik bazadan kolleclərə sənəd qəbulu başa çatıb.

2017/2018-ci tədris ilində ümumi orta təhsil bazasında (9-illik) orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 14-dən başlayıb və bu gün saat 23:59-da yekunlaşıb.

Saat 17:00-dək olan məlumata əsasən kolleclərdə təhsil almaq üçün 18 916 abituriyent ərizəsini təsdiq edib. Onlardan 18 264 nəfəri Azərbaycan, 652 nəfəri isə rus dili bölməsinin məzunudur. Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Əvvəlki illərin məzunları üçün qəbul imtahanı iki mərhələdə keçirilir. Qəbul imtahanının I mərhələsi aprelin 16-da, II mərhələsi isə iyun ayında təşkil olunacaq. İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) nəticəsində ümumi balı 40-dan və hər bir fənn üzrə balı 20-dən az olmayan abituriyentlər buraxılır. 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə  elektron qeydiyyat 7-18 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı isə 19-23 iyul tarixlərində aparılacaq.   

APA