XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2017 - 00:54

Korrupsiyada ittiham olunan Medvedyev Navalnını ittiham etdi:"Daha çox uşaqlardan istifadə edir"

"Həddi-buluğa çatmayanların küçələrdə mitinqə cəlb edilməsi cinayətdir".

Bu sözləri Rusiya Baş naziri Dmitri Medvedyev müxalif lider Aleksandr Navalnının təşkilatçılığı ilə keçirilən nümayişlərə münasibət bildirərkən deyib.

“Haqqında danışdığımız şəxs (Aleksandr Navalnı) açıq şəkildə bunları deyir: "Bunların hamısı pis insanlardır. Məni prezident seçin". Navalnı bunun üçün daha çox uşaqlardan istifadə edir. Onları nümayişlərə cəlb edir”, – baş nazir bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Medvedyevlə bağlı korrupsiya iddialarının yayılmasından sonra Navalnının çağırışı ilə minlərlə şəxs Rusiyanın iri şəhərlərində etiraza qalxmışdı.

Axar.az