XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

05 Aprel 2017 - 08:43

Dövlət Departamenti:"Rəqqa yerli sakinlərin nəzarətində qalmalıdır"

İŞİD-in zəbt etdiyi Suriyanın Rəqqa şəhəri ölkənin ərazi bütövlüyünün saxlanılması baxımından  yerli sakinlərin nəzarətində qalmalıdır.

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.    

“Bu rayona yerli sakinlər cavabdeh olmalıdırlar. Bu, İŞİD-in qayıtmayacağına zəmanət verəcək bir proses olmalıdır”, – deyə məmur bildirib.  

Onun sözlərinə görə, digər azad olunmuş rayonlarda da məhz bu prinsip tətbiq olunur.

“Biz Suriyanın ərazi bütövlüyünü və BMT TŞ-nin 2254 saylı qətnaməsinin nəzərdə tutduğu siyasi prosesi dəstəkləyirik. Bu elə bir prosesdir ki, onu suriyalılar özləri həyata keçirməlidir”, – deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.   (APA)