Şimali Koreya Yapon dənizi istiqamətində növbəti ballistik raketini buraxıb. ABŞ-ın Sakit okean komandanlığının məlumatına əsasən, KXDR orta mənzilli ballistik raketi sınaqdan keçirib. Raketin 60 km məsafə qət etdiyi bildirilir.
Yaponiya hökuməti Şimali Koreyanın növbəti dəfə ballistik raketini sınaqdan keçirməsini pisləyib. (APA)