Yanğının söndürülməsinə 1600-ə qədər mütəxəssis cəlb olunub
Baykal vilayətində başlanmış meşə yanğını gün ərzində genişlənərək 10 min hektara yaxın ərazini əhatə edib.
Strateq Rosbalt.ru-ya isnadən bildirir ki, hazıra meşənin 56 yerində yanğın var və bunların 24-ü lokallaşdırılıb.
Yanğının söndürülməsinə 975 nəfər, o cümlədən 77 paraşütçü və meşə təsərrüfatının 476 mütəxəssisi cəlb olunub. 11 ağır texnika, 136 avtomobil və 39 yanğın söndürücü maşın hərəkətə gətirilib.