XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2017 - 10:33

Bir qrup əcnəbi tələbə və media nümayəndələriCocuq Mərcanlıya gedir

Bu gün Azərbaycanın ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbə və media nümayəndələri Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinə səfərə gedib.

“Report”un müxbiri xəbər verir ki, səfərin əsas məqsədi Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşilikləri göstərmək, Azərbaycan torpaqlarının geriyə qaytarılması əzmini nümayiş etdirmək, eləcə də iştirakçıları ölkə başçısının sərəncamı ilə kəndin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırmaqdır.

Səfər iştirakçıları Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə tanış olacaq və burada ağac əkəcəklər.

Səfər çərçivəsində ərazidə yerləşən hərbi komandanlığın rəhbər heyəti və ANAMA-nın nümayəndələri ilə görüş də keçiriləcək.