XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2017 - 16:43

Rusiyada terrorda ölən azərbaycanlının meyitiBakıya gətirildi

Sankt-Peterburq metrosundakı terror aktı zamanı ölən azərbaycanlı Dilbarə Əliyevanın meyiti Bakıya gətirilib və qohumlarına təhvil verilib.

Lent.az xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğundan "Report"a verilən məlumata görə, dünən meyitin tanınması və sənədləşdirmə işləri yekunlaşıb və D.Əliyevanın meyiti bu gün yerli vaxtla saat 11:00-da təyyarə ilə Bakıya göndərilib.
 
Xatırladaq ki, 20 yaşlı D.Əliyeva aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində həlak olub. O, imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin üçüncü kurs tələbəsi olub. D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhum tarixi vətənində dəfn ediləcək.