XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2017 - 18:30

“Qəbələ”finaldadır

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, "Qəbələ" doğma meydanda "İnter"i qəbul edib. İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn meydan sahibləri bu dəfə də inamlı təsir bağışlayıblar.

Əvvəlcə 12-ci dəqiqədə Daniel Subotiç hesabı açıb. 33-cü dəqiqədə Baqali Dabo bakılıları ikinci dəfə məyus edərək son nöqtəni qoyub – 2:0.

Beləliklə, "Qəbələ" cari mövsümdə Azərbaycan Kubokunun ilk finalçısı olub.

Digər yarımfinal matçında isə "Qarabağ" və "Neftçi" komandaları qarşılşacaq.