XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Aprel 2017 - 19:32

Azərbaycan-Türkiyə-Gürcüstan bu tarixdəhərbi təlim keçirəcək

Gürcüstan, Azərbaycan və Türkiyə arasında növbəti birgə hərbi təlimlər keçiriləcək.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hərbi təlimlər iyunun 4-14-dək Gürcüstanda baş tutacaq.
 
Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, “Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək.
 
Təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır. 
 
Qeyd edək ki, bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib. Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.