XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2017 - 20:06

“Ailə kəndli təsərrüfatı haqqında” qanuna dəyişiklik –Fərman

Prezident İlham Əliyev "Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa da dəyişiklik edib.

Strateq.az xəbər verir ki, bununla bağlı fərmana əsasən, "Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 1 sentyabr tarixli 456 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 734; 2009, № 4, maddə 226; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1464) aşağıdakı dəyişikliklər edilib:

1. 1.1-ci və 1.3-cü bəndlərdə "öz səlahiyyətləri daxilində” sözləri ", əsasnamələrinə uyğun olaraq,” sözləri ilə əvəz edilsin.

2. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

"1.4. həmin Qanunun 1.5-ci (birinci halda), 5.1-ci, 5.2-ci, 9.4-cü və 12.1.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”.

3. Aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:

"1.5. həmin Qanunun 1.5-ci (ikinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.”.