XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2017 - 20:19

Qanunları pozan 5500-dən çox şəxsAzərbaycandan çıxarılıb

Ötən il Azərbaycanda ölkədə yaşama və olma qaydalarını pozan 26.435 əcnəbi və vətəndaşlığı olmayan şəxs aşkar edilib.

Trend-in məlumatına görə, həmin şəxslər barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb, o cümlədən 5.523 nəfər ölkə hüdudlarından kənara çıxarılıb.

Əcnəbilərin əmək istismarına cəlb olunması ilə bağlı Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin müraciətləri əsasında aparılmış araşdırmalarla məcburi əmək faktı aşkar edilməyib. Lakin əmək qanunvericiliyinin tələblərinin pozulması halları movcud olub ki, bununla bağlı müvafiq xətaları törətmiş şəxslər barəsində inzibati tənbehlər tətbiq olunub.