Azərbaycan, Türkiyə və Gürcüstan bu il “Qafqaz qartalı” adlı ənənəvi birgə hərbi təlimlər keçirəcək.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qardaş ölkənin “Rəsmi gəzet”ində məlumat yayılıb.
Məlumatda bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq sənədi təsdiqləyib.