XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

06 Aprel 2017 - 13:41

Daxili işlər naziri Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 29-da saat 10:00-da Göyçay Rayon Polis Şöbəsində Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.